19 yaşlı Şəhidimiz Əfqan Həmzəyev Borsunluda dəfn edildi

19 yaşlı Şəhidimiz Əfqan Həmzəyev Borsunluda dəfn edildi

Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əfqan Bəhman oğlu Həmzəyev Goranboy rayon Borsunlu kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, hərbçilər və sakinlər iştirak ediblər.

Ailənin tək oğlu olan 19 yaşlı Əfqan Həmzəyev 1 il öncə həqiqi hərbi xidmətə gedib. Əsgərimizin həqiqi hərbi xidməti başa vurmağına 6 ayı qalıbmış. 

Allah rəhmət etsin!