23 il vətənə xidmət edən Füzuli Salahov

23 il vətənə xidmət edən Füzuli Salahov

28 aprel Şəhid Füzuli Salahovun mübarək mövlud günüdür.

Vetenugrunda.az-ın verdyi xəbərə görə, Füzuli Süleyman oğlu Salahov 1978-ci ildə Şabran rayonunun Gəndov kəndində dünyaya gəlib.  O, 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Füzuli Salahov ilk hərbi xidmətə Ağdamın Quzanlı kəndində başlayıb və beş il orda xidmət etdi. O, ümumilikdə 23 il Azərbaycan ordusunda xidmət edib. 

Hərbi xidmətdə fərqləndiyinə görə dəfələrlə təltif olunub. Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri zamanı Fizuli Salahova "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal təqdim edib.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Füzuli Salahov 2016-cı ilin aprel döyüşlərində iştirak edib. 13 dekabr 2017-ci ildə cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub. 

Şəhidimizin canından çox sevdiyi vətəinə Nihat və Nicat adlı iki oğlu əmanət qalıb. 

2018-ci ilin fevralın 23-də ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalla təltif edilib.

Ruhu şad olsun!