23 yaşında Şəhid olan Tural Dadaşov

23 yaşında Şəhid olan Tural Dadaşov

Bu gün aprel döyüşlərində Şəhid olan Tural Sabir oğlu Dadaşovun doğum günüdür.

Vetenugrunda.az oxucularına Şəhidimizi xatırladacaq.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Tural Dadaşov 1993-cü ilin 24 avqust günündə Bakı şəhərində anadan olub. O, 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Kommersiya" fakültəsini bitirib. 2016-cı ildə Aprel döyüşləri zamanı 23 yaşında Şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Aprelin 8-i isə Tural Dadaşov Bakı şəhərinin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində son mənzilə yola salındıb.