27 ildən sonra Ağdamda Cümə məscidində ilk Cümə namazı

27 ildən sonra Ağdamda Cümə məscidində ilk dəfə azan səsləndirildi

Ermənistanın işğalından azad edilən Ağdamda 27 ildən sonra ilk dəfə azan səsləndirilib.

Azərbaycanın bir qrup din xadimi noyabrın 20-də Ağdamın mərkəzində yerləşən Cümə məscidinə gediblər.

Dindarlar məsciddə azan verib, namaz qılıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.