"ABŞ Azərbaycanla Ermənistan arasına nifaq salır"

"ABŞ Azərbaycanla Ermənistan arasına nifaq salır"

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, ABŞ və onun NATO üzrə müttəfiqləri Azərbaycan və Ermənistan xalqları arasında nifaq salmağa çalışırlar.

Xəbəri RİA Novosti yayıb.

"NATO-nun aparıcı dövlətləri Rusiyanın fəal iştirakı ilə Dağlıq Qarabağda atəşkəs haqqında Azərbaycan və Ermənistan arasında əldə edilmiş Razılaşmadan qıcıqlandıqlarını gizlətməyə çalışırlar. ABŞ və müttəfiqləri müharibənin Moskvanın vasitəçiliyi ilə dayandırılmasından məyusdurlar. Çünki bu, faktiki olaraq, Rusiyanın Zaqafqaziyadan sıxışdırılması üzrə onların çoxillik işini "sıfırlaşdırıb", - deyə S.Narışkin vurğulayıb.

"Nə Vaşinqton, nə də "vahid Avropa " regionda yaranmış qüvvələr balansı ilə barışmaq istəmir. Onun "sökülməsi" məqsədilə onlar Azərbaycan və Ermənistan xalqları arasında yenidən ədavəti qızışdırmaq cəhdindən yaxşı heç nə düşünməyiblər", - deyə o əlavə edib. (virtualaz.org)