Azərbaycan Ordusunun giziri dəfn olundu

Azərbaycan Ordusunun giziri dəfn olundu

Martın 30-da Xocavənd rayonu ərazisində dünyasını dəyişən hərbçimiz Heydər Rövşən oğlu Əliyev bu gün doğulduğu Sabirabad rayonunun Bala Həşimxanlı kəndində torpağa tapşırılıb.

H. Əliyev Əlahiddə Kəşfiyyat taborunun giziri olaraq İkinci Qarabağ müharibəsində Füzulidən Laçına, Şuşaya qədər ağır döyüş yolu keçib. 
Bir 1 nəfər və military uniform şəkili ola bilər

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, gizirimizin ölüm səbəbi kimi Müdafiə Nazirliyi suda boğulduğunu bildirib. Nazirliyin verdiyi xəbərə görə, gizrimiz martın 30-da Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtı göldə çimməyə cəhd göstərərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.