Ballıcada yerləşən silah-sursat anbarı məhv edildi

Ballıcada yerləşən silah-sursat anbarı məhv edildi
Azərbaycan Ordusunun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, işğal olunmuş ərazilərimizdə yerləşdirilmiş Ermənistan ordusuna məxsus bu hərbi anbarda külli miqdarda müxtəlif sursat növləri saxlanılırdı.