Beyrutdakı partlayışdan ziyan çəkən erməniləri Qarabağa köçürəcəklər

Beyrutdakı partlayışdan ziyan çəkən erməniləri Qarabağa köçürəcəklər

"Ermənilər Beyrutda baş verən partlayışda zərər çəkən 100-150 erməni ailəsini Qarabağa yerləşdirməyə haırlaşır

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu sözləri ermənilərin işğal etdikləri torpaqlarımızda yaratdıqları qondarma Dağlıq Qarabağ rejimin başçısı Arayik Arutyunyan deyib.

Bu barədə A.Arutyunyanın mətbuat katibi Vaqram Poqosyan Rusiya mediasına verdiyi açıqlamada bildirib: "O, "Böyük Kilikiya Evi"nin rəhbəri adlanan Livandakı erməni katolikosu I Aramla telefonla əlaqə saxlayıb və deyib ki, Beyrutdakı zərər çəkmiş erməni ailələrini qəbul etməyə, Livan ermənilərinə dəstək olmaq üçün müxtəlif proqramlar həyata keçirməyə hazırdır".

A.Arutyunyan digər bir açıqlamsında Aərbaycan hökumətini Goranboyu işğal etməklə təhdid edib.

Qeyd edək ki, Azərbaycan hökuməti də Livana partlayışa görə 1 milyon dollar yardım edib.

P.S

Ermənistanlı deputat Sepux Qalpakyanın verdiyi məlumatda deyilir ki, Livanın paytaxtı Beyrutda baş verən partlayış zamanı 11 erməni ölüb. Ölənlərin arasında "Kataeb" partiyasının lideri erməni millətçisi Nizar Najaryan da var.