BMT missiyası Qarabağa gəlir

BMT missiyası Qarabağa gəlir

Birləşmiş Millətlər Təşkilatı Qarabağa missiya göndərəcək

Bu barədə təşkilatın rəsmi nümayəndəsi Stefan Cucarrik açıqlama verib.

"BMT Dağlıq Qarabağa missiyasını göndərmək niyyətindədir və tərəfləri sıx əməkdaşlığa çağırır"- deyə açıqlamada deyilir.

Qeyd edək ki, bu ilin noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanatın 7-ci bəndinə əsasən, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdacaq.

Çox ehtimal ki, missiya bunun üçü bölgəyə gəlir.(modern.az)