Bu gün Arəstə Baxışovanın mövlududur

Bu gün Arəstə Baxışovanın mövlududur

Bu gün İkinci Qarabağ müharibəsində Şəhadətə ucalan çavuş Arəstə Baxışovanın ad gündür.

Vetenugruda.az-ın verdiyi xəbərə görə, Baxşıova Arəstə Kərim qızı 4 may 1989-cu ildə Xaçmazın Qımılqışlaq kəndində anadan olub.

O, 23 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə yaralı hərbiçilərimizi döyüş meydanından çıxararkən Şəhid olub. 

Arəstə Baxışova cəmi 31 il ömür yaşadı. Və özündən sonra şərəfli bir ad qoyub getdi.

Şəhidimiz canını qurban verdiyi Vətənə iki övladını əmanət qoydu. 9 yaşlı qızı Zəhra və 11 yaşlı oğlu Mərdan Şəhidimizin anasına qəyyumluğa verilib. 

İngilis dili müəlliməsi olan Arəstə Baxışova öz sənətindən imtina edib, kurslara yazılıb. Çox keçmədən hərbi tibb işçisi kimi hospitalda işə başlayıb. Bir müddət Beyləqandakı hərbi hissədə çalışıb. 

Kollektiv tərəfindən də sevilən Arəstə xanım müharibə başlayanda bir an belə düşünmədən ailəsindən gizli cəbhəyə yollanıb.

Arəstə Baxışova "Vətən uğrunda" medalı ilə təltif olunub.  Allah rəhmət eləsin!