Düyərlinin qəhrəman oğlu Altun Dəmirli

Düyərlinin qəhrəman oğlu Altun Dəmirli

Bu gün Şəhid Altun Dəmirlinin mübarək mövlud günüdür.

Vetenugrunda.az oxucuların qəhrəman Şəhidimizi xatırladacaq.

Altun Fərman oğlu Dəmirli 1 sentyabr 1997-ci ildə Şəmkirin Düyərli qəsəbəsində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri 2016-c ilin 2-4 aprelində Dağlıq Qarabağ istiqamətində olan şiddətli döyüşlər zamanı qəhrəmancasına Şəhid olub. Döyüş dostları deyir ki, Altun 8 saat qumbaratanla cəbhəmizi qorumağı bacarıb. O, son nəfəsinə qədər qəhrəmanlıqla döyüşüb.

O, aprelin 14-də doğulduğu Şəmkir rayonunun Düyərli qəsəbəsində dəfn olunub. 

Şəhadətindən sonra ona Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalı ilə təltif edilib.

Düyərli kəndinin mərkəzi küçələrindən biri Altun Dəmirlinin adını daşıyır. Altunun təhsil aldığı məktəbin müəllim kollektivi isə həmin məktəbə şəhid Altun Dəmirlinin adının verilməsi üçün Müdafiə Nazirliyi və əlaqədar qurumlara imzalanmış məktublar göndərib.