Erməni əsirliyində olan Aminin yeni fotosu yayıldı

Erməni əsirliyində olan Aminin yeni fotosu yayıldı

 Erməni əsirliyində olan Amin Musayevin yeni fotosu yayıldı

Rusiyanın "İnfoteka24. ru" saytı erməni əsirliyində olan azərbaycanlı Amin Musayevin yeni fotosunu yayıb.

Məlumatda bildirilib ki, Amin sağdır və müalicə olunur.

Xatırladaq ki, hərbçilərimiz Amin Musayev və Bayram Kərimovla bağlı ilk videonu ukraynalı jurnalist Aleksandr Xarçenko çəkərək, Youtube-dakı ANNA News kanalında paylaşmışdı. Amin Musayev və Bayram Kərimov 44 günlük Vətən Müharibəsi zamanı yaralanaraq, ermənilərə əsir düşüblər.

Amin Musayev və Bayram Kərimovla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT-yə müraciət ünvanlanıb.