Ermənilər Kəlbəcər suyunu "Mrav" brendi ilə xaricə satacaq

Ermənilər Kəlbəcər suyunu "Mrav" brendi ilə xaricə satacaq

Ermənistan Azərbaycanın milli sərvətlərini talamaqda davam edir.

Bu dəfə Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutunyanın iştirakı ilə Xankəndində "Mrav" (Murov) adı altında mineral su istehsal edəcək zavodun açılışı olub. 30 işçisi olan zavod Azərbaycanın işğal altındakı Kəlbəcər rayonu ərazisində fəaliyyət göstərəcək. Ermənilər İstisudan toplanan mineral suyu "Mrav" (Murovun ermənicə adı) brendi altında satacaq.

İlk növbədə, Qarabağda yerləşdirilmiş işğalçı ordunun hərbçiləri su ilə təmin ediləcək. Gələcək planlarda isə suyun Ermənistan vasitəsilə Rusiya və digər ölkələrə satışı da nəzərdə tutulub.

Yaxın vaxtlarda zavodun limonad, soyuq kofe və çay istehsal etməsi də planlaşdırılır.(modern.az)