Ermənistan 2425 hərbçisinin öldüyünü təsdiqlədi

Ermənistan 2425 hərbçisinin öldüyünü təsdiqlədi

Ermənistan Qarabağda bu günə qədər 2425 hərbçisinin öldüyünü təsdiqlədi

Bunu Ermənistanın səhiyyə naziri Arsen Torosyan deyib.

Onun sözlərinə görə, açıqladığı rəqəmlər məhkəmə tibbi ekspertizasından keçmiş hərbçilərin cəsədləri ilə bağlı faktiki məlumatlara əsaslanır.

"Dünən axşam bu rəqəm 2425 idi. Eyni zamanda, təxminən 250 cəsədin kimliyi müəyyən edilməyib" - nazir deyib.

Real faktlar təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çox olub. Ən azı ona görə ki, bir neçə gün əvvəl Qarabağ separatçılarının lideri Araik Arutyunyan döyüşlər vaxtı hər gün minimum 100 itki verdiklərini etiraf etmişdi.

Bundan başqa düşmən ordusuna terrorçular və muzdlular da cəlb edilib. Onların ölüm statistikası isə aparılmayıb.

Qeyd edək ki, ermənilərin müharibədə itirdikləri hərbiçilərin sayı barədə konkret rəqəm göstərilmir. Çünki Ermənistanın bəzi QHT rəhbərləri 5 minə qədər erməni əsgərinin itkisi barədə iddia edirlər.