Gedva Ser: "Minalardan təmizləmək üçün mütəxəssislər çağırmalıyıq"

Gedva Ser: "Minalardan təmizləmək üçün mütəxəssislər çağırmalıyıq"

UNESCO-nun xoşməramlı səfiri: "Minalardan təmizləmə işində böyük irəliləyiş görürəm"

"Ərazilərin minalardan təmizlənməsi və bərpası çox vacibdir. Mən 6 ay əvvəl burada olmuşam və çox böyük irəliləyiş görürəm".

Bu fikirləri Şuşada səfərdə olan UNESCO-nun xoşməramlı səfiri Gedva Ser deyib.

Səfir, həmçinin minalardan təmizləmə prosesinin çox vacib olduğunu qeyd edib.

"Biz minalardan təmizləmə prosesinə kömək etmək üçün bunu başa düşən mütəxəssisləri çağırmalıyıq". (report.az)