Hərbi qulluqçu Cavadov Rəşad Şəhid olub

Hərbi qulluqçu Cavadov Rəşad Şəhid olub

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə Almaniyada yaşayan həmyerlimiz blogger Həbib Müntəzir sosial şəbəkədə məlumat paylaşıb:

"Qusar rayonu Hil kənd sakini, XTQ əsgəri Cavadov Rəşad Fərzəli oğlu Füzuli rayonunda minaya düşərək Şəhid olub. O, "Xocavənd və Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdi".

Hərbi qulluqçu Cavadov Rəşad Fərzəli oğlu mina partlayışı nəticəsində Şəhid olması xəbərini Müdafiə Nazirliyi təsdiqləyib: Hadisə ilə əlaqədar araşdırma aparılır.

Allah rəhmət eləsin!