Hacıqabulda doğulub Ağdamda Şəhid olan Həmidağa

Hacıqabulda doğulub Ağdamda Şəhid olan Həmidağa

Bu gün Şəhid Həmidağa Səmədovun doğum günüdür. 

Vetenugrunda.az bu gün oxucularına Şəhid Həmidağa Bilal oğlu Səmədovu xatırladacaq. 

O, 17 avqust 1952-ci ildə Hacıqabulda anadan olub. Orta məktəbi həmin şəhərdə bitirib.

1969-cu il iyun ayında Hacıqabul işarəvermə rabitə stansiyasında elektrik mexaniki vəzifəsinə qəbul olunub.

Həmidağa Səmədov 1993-cü ildə Hacıqabul rayonundan könüllü olaraq hərbi xidmətə yollanıb. Azərbaycan Milli Ordusu sıralarına əsgər kimi yollanan Həmidağa Səmədov Güllücə, Gəngərli, Sarıcallı, Cəvahirli, Suma Güllücə, Məlikli, Paprəvənd, Maqsudlu, Talışlı, Salahlı, Novruzlu kəndləri uğrunda döyüşlərdə cəsarət və mərdlik nümunəsi göstərib. 1994-cü ilin 16 yanvar tarixində Ağdam rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək Şəhid olub.

Hacıqabul şəhərində dəfn olunub.

Ailəli idi. 4 övladı (Samirə, Babək, Rövşən, Samir) yadigar qalıb.