Hansı rayonda neçə yaşayış məntəqəsi azad edilib – TAM SİYAHI

Hansı rayonda neçə yaşayış məntəqəsi azad edilib – TAM SİYAHI
Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatı başladıb. Yeniavaz.com xəbər verir ki, həmin tarixdən etibarən Cəbrayıl rayonunda Cəbrayıl şəhəri də daxil olmaqla 44 kənd, Xudafərin körpüsü və bir neçə strateji yüksəklik düşməndən azad edilib. Füzuli rayonunda isə Füzuli şəhəri və 24 kənd düşmən tapdağından xilas edilib. Həmçinin, Xocavənd rayonunun 18 kəndi və 1 qəsəbəsi, Zəngilan rayonu ərazisindən Zəngilan şəhəri də daxil olmaqla 6 kənd işğaldan azad olunub. Bundan əlavə ordumuz Tərtər rayonunun 2, Ağdərə rayonunun 1 kəndini və Kəlbəcər rayonu ərazisində yerləşən Murovdağ zirvəsini işğaldan azad edib. Ümumilikdə isə ordumuzun əks-əməliyyatlara başladığı 27 sentyabr tarixindən etibarən 3 şəhər, 1 qəsəbə, 95 kənd, Xudafərin körpüsü və Murovdağ da daxil olmaqla bir neçə strateji yüksəklik azad edilib. Bu günə qədər işğaldan azad olunmuş yaşayış məntəqələrinin siyahısı: 20.10. 2020 Dördçinar kəndi - Füzuli 20.10. 2020 Kürdlər kəndi - Füzuli 20.10. 2020 Yuxarı Əbdürrəhmanlı kəndi - Füzuli 20.10. 2020 Qarğabazar kəndi - Füzuli 20.10. 2020 Aşağı Veysəlli kəndi - Füzuli 20.10. 2020 Yuxarı Aybasanlı kəndi - Füzuli 20.10. 2020 Safarşa kəndi - Cəbrayıl 20.10. 2020 Həsənqaydı kəndi - Cəbrayıl 20.10. 2020 Fuğanlı kəndi - Cəbrayıl 20.10. 2020 İmanbağı kəndi - Cəbrayıl 20.10. 2020 Daşveysəlli kəndi - Cəbrayıl 20.10. 2020 Ağtəpə kəndi - Cəbrayıl 20.10. 2020 Yarəhmədli - Cəbrayıl 20.10. 2020 Ağcakənd kəndi – Xocavənd 20.10. 2020 Mülkidərə kəndi – Xocavənd 20.10. 2020 Daşbaşı kəndi – Xocavənd 20.10. 2020 Günəşli kəndi – Xocavənd 20.10. 2020 Çinarlı kəndi – Xocavənd 20.10. 2020 Zəngilan şəhəri 20.10. 2020 Havalı kəndi – Zəngilan 20.10. 2020 Zərnəli kəndi - Zəngilan 20.10. 2020 Məmmədbəyli kəndi - Zəngilan 20.10. 2020 Həkarı kəndi - Zəngilan 20.10. 2020 Şərifan kəndi - Zəngilan 20.10. 2020 Muğanlı kəndi - Zəngilan 19.10. 2020 Soltanlı kəndi - Cəbrayıl 19.10. 2020 Əmirvarlı kəndi - Cəbrayıl 19.10. 2020 Maşanlı kəndi - Cəbrayıl 19.10. 2020 Həsənli kəndi - Cəbrayıl 19.10. 2020 Əlikeyxanlı kəndi - Cəbrayıl 19.10. 2020 Qumlaq kəndi - Cəbrayıl 19.10. 2020 Hacılı kəndi - Cəbrayıl 19.10. 2020 Göyərçinveysəlli kəndi - Cəbrayıl 19.10. 2020 Niyazqullar kəndi - Cəbrayıl 19.10. 2020 Keçəl Məmmədli kəndi - Cəbrayıl 19.10. 2020 Şahvəlli kəndi - Cəbrayıl 19.10. 2020 Hacı İsmayıllı kəndi - Cəbrayıl 19.10. 2020 İsaqlı kəndi - Cəbrayıl 18.10. 2020 Xudafərin körpüsü 17.10.2020 Füzuli şəhəri 17.10. 2020 Qoçəhmədli kəndi - Füzuli 17.10. 2020 Çimən kəndi - Füzuli 17.10. 2020 Cuvarlı kəndi - Füzuli 17.10. 2020 Pirəhmədli kəndi - Füzuli 17.10. 2020 Musabəyli kəndi - Füzuli 17.10. 2020 İşıqlı kəndi - Füzuli 17.10. 2020 Dədəli kəndi - Füzuli 16.10. 2020 Xırmancıq kəndi - Xocavənd 16.10. 2020 Ağbulaq kəndi - Xocavənd 16.10. 2020 Axullu kəndi - Xocavənd 15.10. 2020 Arış kəndi - Füzuli 15.10. 2020 Doşulu kəndi - Cəbrayıl 15.10. 2020 Çiraquz kəndi - Xocavənd 15.10. 2020 Edilli kəndi - Xocavənd 15.10. 2020 Düdükçü kəndi - Xocavənd 15.10. 2020 Edişə kəndi - Xocavənd 14.10. 2020 Qarabağlı kəndi - Füzuli 14.10. 2020 Xatunbulaq kəndi - Füzuli 14.10. 2020 Qarakollu kəndi - Füzuli 14.10. 2020 Bulutan kəndi - Xocavənd 14.10. 2020 Məlikcanlı kəndi - Xocavənd 14.10. 2020 Kəmərtük kəndi - Xocavənd 14.10. 2020 Təkə kəndi - Xocavənd 14.10. 2020 Tağaser kəndi - Xocavənd 09.10. 2020 Hadrut qəsəbəsi - Xocavənd 09.10. 2020 Yuxarı Güzlək kəndi - Füzuli 09.10. 2020 Çaylı kəndi - Tərtər 09.10. 2020 Gorazıllı kəndi - Füzuli 09.10. 2020 Qışlaq kəndi - Cəbrayıl 09.10. 2020 Qaracallı kəndi - Cəbrayıl 09.10. 2020 Əfəndilər kəndi - Cəbrayıl 09.10. 2020 Süleymanlı kəndi - Cəbrayıl 09.10. 2020 Sur kəndi - Xocavənd 05.10. 2020 Şıxəli Ağalı kəndi - Cəbrayıl 05.10. 2020 Sarıcalı kəndi - Cəbrayıl 05.10. 2020 Mərzə kəndi - Cəbrayıl 05.10. 2020 Bir neçə strateji yüksəkliklər 04.10. 2020 Cəbrayıl şəhəri 04.10. 2020 Daşkəsən kəndi - Cəbrayıl 04.10. 2020 Decal kəndi - Cəbrayıl 04.10. 2020 Karxulu kəndi - Cəbrayıl 04.10. 2020 Şükürbəyli kəndi - Cəbrayıl 04.10. 2020 Çərəkən kəndi - Cəbrayıl 04.10. 2020 Horovlu kəndi - Cəbrayıl 04.10. 2020 Mahmudlu kəndi - Cəbrayıl 04.10. 2020 Cəfərabad kəndi - Cəbrayıl 04.10. 2020 Yuxarı Maralyan - Cəbrayıl 03.10. 2020 Suqovuşan kəndi - Ağdərə 03.10. 2020 Talış kəndi - Tərtər 03.10. 2020 Mehdili kəndi - Cəbrayıl 03.10. 2020 Çaxırlı kəndi - Cəbrayıl 03.10. 2020 Aşağı Maralyan - Cəbrayıl 03.10. 2020 Şəybən kəndi - Cəbrayıl 03.10. 2020 Quycaq kəndi - Cəbrayıl 27.09. 2020 Qaraxanbəyli - Füzuli 27.09. 2020 Qərvənd kəndi - Füzuli 27.09. 2020 Kənd Horadiz - Füzuli 27.09. 2020 Aşağı Əbdülrəhmanlı - Füzuli 27.09. 2020 Yuxarı Əbdülrəhmanlı - Füzuli 27.09. 2020 Böyük Mərcanlı - Cəbrayıl 27.09. 2020 Nüzgar kəndi - Cəbrayıl 27.09. 2020 Murovdağı zirvəsi Qeyd edək ki, hazırda ordumuzun əks-əməliyyatları davam etməkdədir.