İki aydır axtarılan əsgərimiz Şəhid olub

İki aydır axtarılan əsgərimiz Şəhid olub

Vətən müharibəsində itkin düşən Cəlal Bayramov Şəhid olubmuş.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Saatlı rayonunun Çolpu kənd sakini, Vətən müharibəsində itkin düşən 27 yaşlı əsgər Cəlal Yaqub oğlu Bayramovun nəşi ailəsinə təhvil verilib. 

Şəhidimiz 1994-cü ildə Saatlı rayonunun Çoplu kəndində anadan olub. Müharibənin ilk günlərindən ön cəbhədə olub. Cəlal sentyabrın 29-da Saatlı rayonu Səfərbərlik Xidmətinin çağırışı ilə təlimə yollanıb. Təlimlər əvvəlcə Gəncə şəhərində keçirilib, daha sonra onları müvafiq qruplara bölüblər. Həmin qrup halında ön cəbhəyə yollayıblar. Cəlal müharibə zamanı xidmətini Laçında davam etdirib.

Bakupost.az - İtkin düşən əsgərimizin şəhid xəbəri gəldi

Şəhidimiz sonuncu dəfə oktyabrın 27-də qardaşı Cavala danşıb və Laçının Arpagədik kəndində olduğunu deyib. O gündən Cəlaldan heç bir xəbər olmayıb.

Allah bütün Şəhidlərimizə rəhmət etsin!