İki həftə sonra toyu olacaqdı, Şəhid oldu

İki həftə sonra toyu olacaqdı, Şəhid oldu

Bu gün Şəhid Nicat  İsgəndərovun doğum günüdür.

Vetenugrunda.az oxucularına Şəhidimizi xatırladacaq.

O, 1989-cu ilin 4 avqustunda Tərtər şəhərində anadan olub. 

Azərbaycan Silahlı Qüvvələrinin giziri Nicat İsgəndərov  2016-cı ildə Aprel döyüşləri zamanı Şəhid olub. Aprelin 3-ü isə Nicat İsgəndərov doğulduğu Tərtər şəhərində son mənzilə yola salındı. 

Nicat İsgəndərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.

26 yaşında Şəhid olan Nicat İsgəndərov nişanlı olub və iki həftə sonra toyu olmalıymış...

Hazırda Tərtə rayonundakı küçələrdən biri Şəhidimizin adını daşıyır.