"İmkanlı şəxslər Qarabağda öz evini tikə və şərait qura bilərlər"

"İmkanlı şəxslər Qarabağda öz evini tikə və şərait qura bilərlər"

Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, İmkanlı vətəndaşlar Qarabağda öz evlərini tikə və şərait qura bilərlər:

"Azərbaycan güclü dövlətdir və bütün məsələləri yalnız öz gücünə həyata keçirir. Onu da qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri tamamlandıqda, həmin bölgədən köçkün düşmüş vətəndaşlar doğma yurdlarına qayıdacaqlar. Bu, onların ən böyük arzusudur.

O bölgələrdən olan keçmiş məcburi köşkün və qaçqınlar hazırda Bakıda yaşayırlar və onların maddi imkanları, lazımi şəraitləri də var. Təbii ki, arzusunda olan və imkanı çatan vətəndaşlar doğma torpaqlarında, əvvəl yaşadıqları kənd və ya şəhərlərdə öz evlərini tikə və digər layihələrdə dövlətə dəstək ola bilərlər.

Bu, xalq və dövlət həmrəyliyinin nümunəsi və ümumiyyətlə, bizim xalqa xas cəhətdir.

Hesab edirəm ki, yaxın gələcəkdə bu məsələyə baxıla bilər. İmkanlı vətəndaşlar Qarabağda öz evlərini tikə və şərait qura bilərlər. Hətta imkanı çatanlar kasıb qonşu, qohum üçün də ev tikərək töhfə verə bilər".

(pravda.az)