İranda "Qarabağ 17 Rəbiül-Əvvəl" konfransı keçirilib

İranda "Qarabağ 17 Rəbiül-Əvvəl" konfransı keçirilib

İranın Qum şəhərində keçirilən Beynəlxalq "Qarabağ 17 Rəbiül-Əvvəl" Konfransına İran, Azərbaycan, Türkiyə, Gürcüstan və sair ölkələrin nümayəndələri qatılıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, tədbirdə İran parlamentinin sərd müavini, Azərbaycan Respublikasının İran İslam Respublikasıdakı fövqəladə və səlahiyyətli səfiri, azərbaycanlı tələbələr, Dini Rəhbərin nümayəndələri, eyni zamanda tanınmış din xadimləri Ayətullah Ərafi, Ali Abbas Əraqçi, Möhsin Rzayi və digərləri iştirak edib.

Azərbaycan nümayəndə heyətini konfransda dəyərli ruhanilər Şeyx Sərdar Hacıhəsənli və Hacı İlqar İbrahimoğlu təmsil edib. 

Quran qiraətinin ardınca Hövzə Elmiyyələrin rəhbəri Ayətullah Ərafi, İran İslam Cümhuriyyəti xarici işlər nazirinin müavini Abbas Əraqçi və İran parlamentinin sədr müavini, İran-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Nekzad çıxış edib. Mərasimdə Ayətullah Cəfər Sübhanın konfrans iştirakçılarına müraciəti oxunub.