İtkin düşən MAXE Murad İbrahimov Şəhid olub

İtkin düşən MAXE Murad İbrahimov Şəhid olub

Müharibənin ilk günlərindən itkin düşən hərbiçimiz Murad İbrahimovun Şəhid xəbəri gəlib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, İbrahimov Murad Valeh oğlu sonuncu dəfə oktyabrın 2-də evə zəng edib Murova xidmətə​ yollandığını deyib, o gündən sonra ailəsi ilə əlaqəsi olmayıb. Ağdərə istiqamətində döyüşlərdə iştirak edib.

Murad İbrahimovun xidmət etdiyi hərbi hissə müharibənin ilk günlərindən Murov istiqamətində hücuma keçib və Ağdərə-Kəlbəcər arasında mühasirəyə düşüblər. Müxtəlif qruplara bölünən, fərqli istiqamətlərdə irəliləyən hərbi bölüklərdən sağ qayıdanlar və başqa cəbhədə döyüşü davam etdirənlər olub. Lakin bu qruplardan biri mühasirəyə düşüb, digər bölmələrlə əlaqəsi itib.

Oktyabr 1-dən 2-nə keçən gecə N saylı hərbi hissənin 4-cu taborunda xidmət edən hərbi qulluqçular​ Qamış dağı istiqamətindən Ağdərə rayonunda yerləşən Qara Göl istiqamətindəki Cinqıllıq​ deyilən yerə hücuma keçib. Hücum əməliyyatı tam baş tutmadığından, o istiqamətdə əməliyyatlar dayandırılıb. Həmin zonada hərbi əməliyyatlar dayandıqdan sonra ərazi ermənilərdə qalıb.

Şəhid Murad İbrahimovun 1 yaşlı bir oğlu da uğrunda canını qurban verdiyi Vətənə əmanət qalıb. Allah bütün Şəhidlərimizə rəhmət etsin!