İtkin düşən zabitimiz Rahim Mikaylov Şəhid olub

İtkin düşən zabitimiz Rahim Mikaylov Şəhid olub

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir zabitinin meyiti tapılıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, sonuncu dəfə müharibədən iki gün öncə ailəsi ilə telefon əlaqəsi saxlayan zabitimizin Şəhid olduğu məlum olub.

R.Mikayılov 1990-cı ildə Quba rayonunun 2-ci Nügədi kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə olub. Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib.

Oktyabrın əvvəlindən zabitlə əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb.

R.Mikayılov, ailəlidir. İtkin düşəndən bir ay sonra oğul övladı dünyaya gəlib.

Allah rəhmət eləsin!