Ermənilərin Azərbaycan torpaqlarındakı bayram təqvimi
Featured

20 Fevral 2020

Şuşada "qələbə günü", Kəlbəcərdə Bal festivalı, Xankəndində "müstəqillik" günü"...

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim 2020-ci il üçün bayram və vacib tədbirlərin qısa təqvimini təqdim edib.

Sosial şəbəkələrin erməni seqmentində paylaşılmış foto-qrafikdə separatçların əsas bayram və tədbir günləri ingilis dilində qeyd olunub:

12 aprel - Kəlbəcərdəki "Dadivank" adlandırılmış qədim Xudavəng məbədində erməni xristianların Pasxa bayramı.

2-3 may - Kəlbəcər rayonunun "Aterk" adalndırılmış Həsənriz kəndində "Jengyalov xats"- "Kətə" festivalı.

9 may - Xankəndi və Şuşada "qələbə günü" – yəni Faşizm üzərindəki qələbədən daha çox əsasən Şuşanın işğal edilməsi günü.

19 iyul - Ağdam rayonunun "Tiqranakert" adlandırılmış Şahbulaq ərazisindəki Pənahəli xanın qalasında “Vardavar” (su çiləçmə) bayramı.

22 Avqust - Xankəndidə Artsax "AirFest" - hava uçuşları festivalı.

2 sentyabr – Xankəndidə qondarma rejimin qanunsuz "müstəqillik günü".

12 sentyabr - Kəlbəcər rayon mərkəzində Bal festivalı

19 sentyabr - Xocavənd rayonunun Tug kəndində Şərab festivalı

26 sentyabr – Xankəndi(ermənilər üçün Stepanakert) şəhərinin yaradılması günü.

11 oktyabr – Xankəndidə Məhsul bayramı.

P.S. Görəsən, düşmənin torpaqlarımızdakı şənliklərinin qarşısını ala bilməyəcəyimiz təqdirdə biz hansı üzlə Bakıda, Şəkidə, Gəncədə və s. müxtəlif bayramları atəşfəşanlıqla, çal-çağırla, konsertlə qeyd edəcəyik? (moderator.az)

Top
JoomlaLock.com All4Share.net