Şəhidimiz var-İbrahim Vəlizadə
Featured

24 Fevral 2020

Zərdab Rayonuna Şəhid gətrirlir.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, əslən Kəlbəcər rayonunun Mollabayramlı kəndindən olan Vəlizadə İbrahim Ələmşah oğlu Şəhid olub. Şəhidimizin həmkəndliləri onun şəkillərini sosial şəbəkədə paylaşıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində ermənilərin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınıb. Ermənilərin bir zabiti yaralanıb, bir əsgəri öldürülüb.

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına Şəhid olub.

Əziz Qənbərov adlı şəxsin şəkli. 

Allah rəhmət eləsin!

Top
JoomlaLock.com All4Share.net