Xocalı soyqırımı-ƏDALƏTSİZLİYİN QURBANLARI-VİDEO
Featured

25 Fevral 2020

Bu gün Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının (QAUİMH) təşkil etdiyi "Xocalı soyqırımı-ƏDALƏTSİZLİYİN QURBANLARI" adlı tədbir baş tutub.  

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, QAUİMH sədri, Qarabağ qazisi Rövşən Əhmədli tədbiri açaraq Azərbaycan tarixnin ən qaranlıq, acınacaqlı dönəmi olan Xocalı soyqırımı haqqında danışdı. O, dünyanın bu soyqırıma biganəliyini qınadı: "Bu qətliamı bir daha xatırlatmaqla dünyanın hansı ədalət ölçüsü ilə idarə olunduğunu nəzərə çatdırmaq istəyirəm.

Qondarma soyqırımları, heç bir əsas, sübut olmadan tanıyan dünya birliyi, müasir dövürdə texnikanın bu qədər inkişaf etdiyi bir zamanda XX əsrin sonunda baş vermiş Xocalı soyqırımı bu gün dünyada soyqırım faktı kimi tanınmır. Əslində bu qətliamı törədənlər öz layiqli cəzalarını almayıblar.

Əslində hamını düşündürür ki, Xocalı soyqırımı olmaya bilərdi".

O, sözü Xocalı soyqırımı haqqında ilk sənədli filmin rejissoru, kinodramaturq, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevə verdi. E.Quliyev çıxışı zamanı Xocalıda və ətraf bölgələrdə ermənilərin törətdiyi vəhşiliklərin canlı şahidi kimi gördüklərindən hələ də özünə gələ bilmədiyini bildirdi: "Xocalıda baş verənlər əslində Azərbaycanın namusuna atılan güllə idi.

Biz soyqırım baş verəndən dərhal sonra film çəkmək üçün işə başladıq. Xocalı soyqırımının qurbanlarını, əsirlikdən qaytarılanları Naftalandakı bir sanatoriyaya yığmışdılar. Biz o qurbanlarla görüşdük.

Sonra soyqırımın baş verdiyi ərazidə olduq. Bir əsgər mənə arxın yanındakı bir ağacı göstərdi. Ağacın budağından qadın hörüyü sallanırdı. Deməli, ermənilər əsir aldıqları Xocalılı qadınları yaxınlıqdakı erməni kəndlərinə paylayıblar. Biz getdiyimiz kəndə iki qız veriblər. Bizim ordu o kəndə girəndə ermənilər qızları ağacdan asıblar. Meyitləri ağırlaşıb düşüb, amma saçları ağacda qalmışdı. Vəhşiliyin də bir həddi var. Amma Xocalıda bütün hədləri aşmışdılar.

Xocalı soyqırımının bu xalqın qəlbində açdığı yara ancaq torpaqlarımızın işğaldan azad olunacağı zaman sağalacaq".

Daha sonra çıxış edən hüquq müdafiəçisi Əlövsət Sadıqlı Xocalı soyqırımının baş verməsində Azərbaycanın o dönəmdəki hökumətdaxili problemlərinin də böyük rolu olduğunu bildirdi: "O dövrdə Qarabağ kartı üzərində oyunlar oynanılırd, bu indi də davam edir. Xocalıda xalq aylardır ki erməni mühasirəsində olanda icra başçısı, deputat Elman Məmmədov gününü Naxçıvanda Heydər Əliyevin yanında keirirdi. O zamankı müdafiə nazirinin birinci müavini Dadaş Rzayev isə bütün günü yeyib -içib kef edirdi. O Qarabağda bütün hərbi hissələri mərkəzləşdirib özü idarə etməyə başlamışdı.

37 hərbi texnika Ağdamda yerləşdirilmişdi. Lakin Xocalı soyqırımı baş verən zaman bu hərbi texnikanın heç biri tapılmadı. Prezident vəziyyətin gərgin olduğunu görüb artıq müdafiə naziri təyin edilmiş Dadaş Rzayevə zəng edir. Dadaş Rzayev deyir ki, deyin burda yoxdur. Həmin vaxt o, kef məclisindəymiş. 2015-ci ildə prezident İlham Əliyev ona bütün bu "vətənpərvər fəaliyyətinə" görə "Şöhrət ordeni" verdi".

Qarabağ müharibəsi dönəmində jurnalistlik fəaliyyətini ön cəbhədə davam etdirən jurnalist Əntiqə Qonaq xatirələrini danışıb: "Sonuncu dəfə biz Qarabağa gedəndə vəziyyət çox ağır idi. Xocalı mühasirədəydi. Vetalyotla çörək atırdılar insanlara".

Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova təhsil müəssisələrində Şəhidlərimizə qarşı mənfi münasibətin sərgiləndiyini və ermənilərə sevgi aşılandığını bildirdi: "Xətai rayonu Tahir Bağırov adına 59 saylı orta məktəbdə Şəhidlərimizlə bağlı tədbirin keçirilməsinə icazə vermənilər. Novruz şənliyinə hazırlaşan bağçalardan birində erməni rəqsi öyrədilir balacalara. Bunu rəhbərliyə irad tutanda deyir ki, erməni bizim düşmənimiz deyil".

Azərbaycan islam Partiyasının Qadınlar Şurasının sədri, Əsgər Analarına Dəstək İctimai Birliyinin rəhbəri, ilahiyyatçı Növrəstə İbrahimova çıxışı zamanı Allahın yaratdığı bütün insanları ədalətlə idarə etdiyini və hər bir şəxsin hüquqları üçün mübarizə aparmağa borclu olduğunu çatdırdı: 

Daha sonra Qarabağ döyüşlərinin veteranları Zəfər Əhmədov, İlqar Əli, Şəhid övladı, siyasi məhbus ailəsi Güney Dadaşova çıxış etdi. 

 

Daha sonra Qarabağ döyüşlərinin veteranları Zəfər Əhmədov, İlqar Əli, Şəhid övladı, siyasi məhbus ailəsi Güney Dadaşova çıxış etdi. 

 

Top
JoomlaLock.com All4Share.net