Kəlbəcərdə yaralanmış işğalçı erməniyə Şuşada ev bağışlandı...

Kəlbəcərdə yaralanmış işğalçı erməniyə Şuşada ev bağışlandı...

İki oğlu da hazırda Qarabağda Azərbaycan ordusu ilə atışan erməni ordusunda çağırışçı kimi xidmət edir...

Azərbaycanın işğal altındakı torpaqlarında qanunsuz fəaliyyət göstərən "Tufengyan" erməni xeyriyyə fondu daha bir işğalçı hərbçini mənzillə təmin edib.

Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, üzdəniraq xeyriyyə fondu Şuşada sülənən yaralı erməni Çolak Qabrielyana ev bağışlayıb.

Azərbaycan ordusuna qarşı döyüşlərdə 3 dəfə yaralanmış C.Qabrielyan axırıncı dəfə işğal altındakı Kəlbəcər rayonunun Narınclar kəndində başından yara alıb. İşğalçı erməninin iki oğlu hazırda Qarabağda Azərbaycan ordusuyla atışan erməni ordusunda çağırışçı kimi xidmət edir.

“Tufengyan” fondunun rəhbərliyi bu günlərdə Zəngilanda da bir işğalçı erməni döyüşçüsünü evlə təmin edəcəklərini bildirib. (moderator.az)