Keştazlının igid oğlu-Şəhid Asif Rüstəmov

5 avqust Şəhid Asif Rüstəmovun mübarək mövlud günüdür.
Vetenugrunda.az oxucularına Şəhidimizi xatırladacaq.
Rüstəmov Asif Rüstəm oğlu 5 avqust 1956-cı ildə Ağdam rayonunun Keştazlı kəndində dünyaya göz açıb.
Kənd orta məktəbini bitirdikdən sonra, Rusiya Federasiyasının Kirov vilayətinə əsgəri xidmətinə göndərilib. Hərbi xidmətini başa vurduqdan sonra, bir müddət Rusiyada qalıb.
1980-ci ilin ortalarında Ağdama qayıdıb. Burada tikinti sahasində çalışıb və pəhləvan kimi də ad-san qazanıb. Qarabağ muharibəsi başlayanda könüllü şəkildə cəbhəyə yola düşüb. Qiyaslı batalyonunda komandir müavini kimi qanlı döyüşlərdə iştirak edib.
1992-ci il sentyabr ayının 10-da Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub və boya-başa çatdığı Keştazlı kəndində dəfn olunub. Üç övladı yadigar qalıb.