Məşhur neftçinin Şəhid nəvəsi

Məşhur neftçinin Şəhid nəvəsi

20 avqust Şəhid Polkovnik leytnant Ramiz Bayramovun doğum günüdür

Vetenugrunda.az bu gün oxucularına Şəhid polkovnikimizi xatırladacaq.

O, 1963-cü il Bakı şəhərində, Zabrat qəsəbəsində ziyalı ailədə anadan olub. Azərbaycanın tanınmış neftcisi keçmiş sosialist qəhrəmanı Musa Bayramovun nəvəsidir. 1967-ci ildə Zabrat qəsəbəsi 33 saylı məktəbə daxil olub və 1976-cı ildə məktəbi bitirib.

1979-cu ildə Almaniyanın Ştutqart vilayətində əsgərlik müddəti keçib. Əsgərliyini bitirdikdən sonra Ramiz yenidən Bakıya qayıdır və o 1982-ci ildə Zabrat maşın qayırma zavodunda baş mühəndis kimi çalışmağa başlayır.

1984-cü ildə 1992-ci ilə qədər Müdafiə Nazirliyində çalışıb.

Ramiz 1990-cı il aprelində ailə qurub. Lakin bütün bunlara baxmayaraq Ramiz cəbhədə olanlara biganə qala bilmir və özü istəyi ilə təyinatını döyüş bölgəsinə alır. Ramiz artıq ən qızğın döyüş bölgələrində döyüşür qısa müddətdə bütün döyüş yoldaşlarının hörmətin qazanır. N saylı hərbi hissənin tabeliyində Ramiz piyada əleyhinə tankın komandiri olur.

1992-ci il mayın 7-dən 8 nə keçən gecə Şuşada çox gərgin müharibə gedir və Ramiz ermənilərin pusqusu nəticəsində idarə etdiyi tank mühasirəyə düşür. Mayın 7-də Ramiz və yanında olan 3 döyüş yoldaşlarının taleyi haqqında məlumat alınmır. Mayın 8-i Ramiz şəhid olur və meyiti ermənilərdə qalır.

1997-ci il dekabrın 13-də Bayramov Ramiz ölümündən sonra Polkovnik Leytnant rütbəsi ilə təltif edilir.

2015-ci ildə isə Ramizin adını əbədiləşdirmək üçün Binəqədi rayonunda yaşadığı ünvana onun adı və barirefin qoyulması ilə bağlı Binəqədi Rayon İcra Hakimiyətinə sərəncam verilir.

Ailəli idi və bir övladı var.