MAXE Məsimov Əkbər Yunis oğlu Şəhid olub

MAXE Məsimov Əkbər Yunis oğlu Şəhid olub

İkinci Qarabağ müharibəsinin ilk günlərində Murovda itkin düşən MAXE (Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu) Məsimov Əkbər Yunis oğlunun nəşi tapılıb.

Vetenugruda.az-ın verdiyi xəbərə görə, bu barədə Respublika Hərbi Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bir 1 nəfər, military uniform və açıq Havada şəkili ola bilər

Məsimov Əkbər Yunis oğlu

1994-cü ilin oktyabr ayının 5-də Ağdaş rayonunun Qaradeyin kəndində anadan olan Şəhidimiz bu gün doğma yurdunda dəfn edilib.

Əkbər Məsimov Azərbaycan Ordusunda 4 il müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edib. O, ötən il mayın 10-da nişanlanıb. Oktyabrın 5-də toy etməyə hazırlaşırmış. Sonuncu dəfə sentyabrın 27-də ailə üzvləri ilə əlaqə saxlayıb, döyüşə yollandığını bildirib. Həmin gündən sonra ailə üzvləri onunla əlaqə saxlaya bilməyiblər..

Qeyd edək ki, hazırda 10 hərbiçimizin taleyi bəlli deyil, onlar itkin kimi axtarışdadır.