Minnesota ştatı qondarma "DQR"-nin müstəqilliyini tanıyıb 

Minnesota ştatı qondarma "DQR"-nin müstəqilliyini tanıyıb 

Armen-Press Xəbər Agentliyi Amerika Erməni Assambleyasına istinadla xəbər verir ki, bu barədə qətnamə Minnesota Ştatının Senatında səs çoxluğu ilə qəbul olunub

Assambleya amerikalı qanunvericilərin bu addımını alqışlayaraq bildirib ki, qətnamənin qəbulunda xüsusi rol oynadıqlarına xatir senatorlar Paul Qazelka və Mari Kiffmeyer-ə dərin minnərdarlığını çatdırıb.

Xatırladaq ki, Minnesota ABŞ-da 9-cu ştat olaraq qondarma Dağlıq Qarabağ Respublikasının dırnaqarası müstəqilliyini tanıyır. Bundan əvvəl Kaliforniya, Ceorcia, Havai, Luiziyana, Mayn, Massaçusets, Miçiqan və Ros Aylend ştatları da erməni separatçılarına dəstək vermiş və "DQR"-nin müstəqilliyini tanımışlar.

Azərbaycan hökuməti və Xarici İşlər Nazirliyi hələlik Minnesota Senatının qərarına münasibət bildirməyib.