MN Ağdərədə ermənilərin tutuduğu əsgərimiz haqqında məlumat yayıb

MN Ağdərədə ermənilərin tutuduğu əsgərimiz haqqında məlumat yayıb

Müdafiə Nazirliyi Ağdərədə ermənilər tərəfindən tutulan Azərbaycan əsgəri haqda məlumat yaydı

Az əvvəl erməni tərəfi Azərbaycan ordusunun əsgərinin Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə-Ağdərə şəhərində tutulduğu haqda məlumatlar yayıblar. Bildirilir ki, həmin əsgər-Cəmil Babayev Ağdərədə evlərdən birinə girib və sakinlər xəbər tutaraq yerli polisə xəbər veriblər.

Azərbaycan Müdafiə Nazirliyi bu insidentlə bağlı məlumat yayıb. Məlumatda deyilir:

-Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır. Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.