Partizan dəstəsinin komandiri Şəhid İslam Quliyev

Partizan dəstəsinin komandiri Şəhid İslam Quliyev

1 iyul Şəhid İslam Quliyevin mübarək mövlud günüdür.

Vetenugrunda.az bu gün oxucularına daha bir Qarabağ Şəhidini xatırladacaq.

 Quliyev İslam İdris oğlu 1957-ci il iyulun 1-də Laçın rayonunun Fingə kəndində anadan olub. Laçında doğulsa da, İslam uşaq yaşlarından Kərkicahanda yaşayıb, orta məktəbi orada bitirib.

Erməni təcavüzünün ilk vaxtlarında Kərkicahanda özünümüdafiə dəstəsinin yaradıcılarından biri olub və rəhbərlik edib.

Müdafiə Nazirliyi nəzdində yaradılmış partizan dəstəsinin komandiri olub. Kərkicahan, Kosalar, Şuşa, Ağdərə döyüşlərində özü və rotası həmişə qəhrəmanlığı ilə seçilib. Onun rəhbərlik etdiyi Kərkicahan rotası Şuşanın işğalı zamanı axıra qədər döyüşüb və oranı axırıncı tərk edənlərdən olub.

1992-ci il avqust ayının 25-dən sonra eşidir ki, Şuşa batalyonu Ağdərə istiqamətində döyüşə gedib. O, Kərkicahan döyüşçülərini də götürüb Ağdərə rayonuna gəlir. Avqustun 31-də Mehmanə kəndi istiqamətində irəliləyib yollardan minaları təmizləyərək kəndi alırlar. 1992-ci il sentyabrın 1-də Şəhid olur.

 25 fevral 1997-ci il tarixli fərmanı ilə "İgidliyə görə" medalı ilə təltif olunub.

Laçın rayon Fingə kənd orta məktəbi Şəhid İslam Quliyevin adını daşıyır.

 Evli idi, iki övladı canından çox sevdiyi vətəninə əmanət qaldı. 

.