Paşinyan Azərbaycanda generallarla görüş keçirdi

Paşinyan Azərbaycanda generallarla görüş keçirdi

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə gəldi və orada generallarla görüşlər keçirdi

Erməni KİV-lərinin məlumatına görə, Nikol Paşinyan hərbçilərlə görüş keçirərək, separatçı rejimlə "hərbi əməkdaşlığı dərinləşdirmək" məsələsini müzakirə edib.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın işğal olunmuş ərazilərinə getdikcə artan səfərləri İrəvanın təxribat siyasətinin davam etdiyini göstərir.

Digər tərəfdən, təxminlərə görə, Ermənistanın yaxınlarda Rusiyadan gətirilən silahların dərhal Qarabağda yerləşdirməsi mümkündür.

Silahların siyahısına dronlara qarşı elektron müharibə vasitələri də daxildir.

Paşinyan Qarabağ separatçılarının lideri Arayik Arutyunyanla birlikdə bu gün Qarabağda yerləşən döyüş mövqelərində olub.

Məlumata görə, Paşinyan infrastrukturların gücləndirilməsi üçün aparılan mühəndis işləri ilə tanış olub.

Qeyd edilir ki, Paşinyan və Arutyunyan hərbçilərin yaşayış şəraiti ilə tanış olub və əsgərlərlə söhbət ediblər.