Paşniyan üzr istəməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan "BBC"yə verdiyi müsahibə zamanı aparıcının Qarabağ barədə verdiyi sualı cavablandıra bilməyib

BBC-də "Hardtalk" verilişin aparıcısı Paşinyandan müsahibə götürüb. Aparıcı Stepan Sakur Paşinyana erməni hərçilərinin törətdiyi cinayətlər barədə sual ünvanlayıb: "Siz əvvəllər jurnalist, hüquq müdafiəçisi kimi fəaliyyət göstərmisiniz. Hətta bir müddət siyasi məhbus kimi həbsdə yatmısınız. Siz insan hüquqlarının qeydinə qalırsınız.

Siz öz sələflərinizdən fərqli olduğunuzu göstərərək 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində erməni hərbi qüvvələrinin Qarabağda törətdikləri hərbi cinayətləri, hüquq pozuntularını qəbul etməyə və üzr istəməyə hazırsınızmı? Hansı ki, bir çox müstəqil müşahidəçilər orada baş verən cinayətləri toplayıb, qeydə alıblar".

Paşinyan verilən sualdan yayınaraq müharibənin pis olmasından və s. danışmağa cəhd edib. Jurnalist isə yenidən Paşinyana müracət edib: "Mən sizə aydın bir sual verdim, siz üzr istəməyə hazırsınızmı? Avropa Məhkəməsi erməni hərbi birləşmələrinin törətdiyi cinayətlər və insan hüquqlarını pozması barədə siyahı da hazırlayıb. Üzr istəyəcəksinizmi?". Paşinyan isə yenə sualdan yayınaraq yalan məlumatlar verməyə çalışıb. Jurnalist isə "aydındır siz üzr istəməyəcəksiniz" - deyə bildirib.