Putin: "Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz hissəsidir

Putin: "Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz hissəsidir

Rusiya prezidenti Vladimir Putin Qarabağla bağlı növbəti dəfə fikirlərini açıqlayıb. "Rossiya-24" telekanalına müsahibəsində o, "Ermənistan özü Dağlıq Qarabağın suverenliyini tanımayıb. Bu o deməkdir ki, Beynəlxalq hüquqa görə, Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz hissəsidir" açıqlaması ilə diqqət çəkib.

Rusiya Federasiyasının prezidenti bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yalnız üzv ölkələrdən birinin ərazisinə hücum olduğu halda müdaxilə edə bilər: "Ermənistan Respublikasının ərazisinə heç bir hücum yox idi. Bu bizə hərbi əməliyyatlarda birbaşa iştirak etmək haqqı vermir".