"Qarabağ qazisi kasıblıqdan intihar etdi"

"Qarabağ qazisi kasıblıqdan intihar etdi"

Əslən Cəbrayıl rayonundan olan Qarabağ qazisi Məmmədov Rövşən ölkədə qazilərə, Şəhid ailələrinə qarşı məmurların nifrətinin, özbaşınalığının qurbanı olub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Rövşən Məmmədov sonuncu dəfə "Azərsığorta"ya gedib, 25 ildir ala bilmədiyi sığorta pulunu almaq istəyib. Lakin sığorta pulunu müxtəlif bəahnələrlə verməyiblər. Rövşən Məmmədov orada əsəbləşib və evə gəldikdən sonra özünü asıb.

Qarabağ qazisi Kənan Babayev sosial şəbəkədə paylaşdığı statusunda qazimizin maddi durumunun çox ağır olduğunu bildirib:

"Bu gün 30.08.2021 tarixində 1990-cı illərdən tanıdığım, Qarabağ savaşında eyni cəbhədə dümənə qarşı mücadilə verdiyim, 1993-cü ildə yaralandığım zaman mənə və digər yaralılara köməklik göstərən, düşmən qarşısında sınmayan Cəbrayıl rayon Dağ Tumas kənd sakini ikinci qrup əlil Qazi Məmmədov Rövşənin acı xəbəri mənə çox təsir etdi, acıtdı.

İntihar. Bir neçə gün öncə telofon vasitəsi ilə qısa söbətimiz oldu. Əsasda sığorta pulu (qan pulu) mən dedim ki, dövlət yeni qərar qəbul edib, artıq o məsələni Dost Mərkəzində "Açıq pəncərə" sisteminə yönəldiblər.

Bu qədərmi Vətən üçün canından keçən bir insana verilən qiymət? 6600 manatı bir Qaziyə çox görürsünüz. 27 ildi bu məbləği ödəmirsiz.

İndi onun balalarına, ailəsinə kim bir parça çörək gətirəcək?

Rövşən kimi Qazilər çoxdur, işləri yox, gözlərini o verdiyiniz kiçik müavinət və təqaüdə dikiblər. Dərmanlar pul ilə alınır.

Ən çox narazı olduğu məmurlar idi. Dedi, qardaş hansı quruma gedirəm ilk sözləri bu olur 1-ci Qarabağ iştirakçısısan yoxsa, 2- ci,- bu nə yanaşmadı?

Rövşən müalicə olunmağa maddi imkanı yox idi. Hansısa harınlamış məmurların ucbatından Vətən üçün canından keçən, dogma torpağın həsrəti ilə yaşayan bir insanın acı taleyi çox ağırdı. Rövşən bu addımı tək özü üçün atmadı, o, digər keçmiş düyüşçülər də bu taleyi yaşadığı üçün yenədə öz canından keçdi. Allah rəhmət eləsin. Məkanın cənnət olsun. Amin!

Qeyd edək ki, Qazi Məmmədov Rövşən Həsən oğlu 04.02 1973-cü ildə Cəbrayıl rayonundakı Dağ Tumas kəndində anadan olub. 1991-ci ildə keçmiş həqiqii hərbi xidmətə çağrılmış.1 il 2 ay rabitə alayında xidmət edib. 25.06 1992-ci ildə N saylı hərbi hissədə tağım komandirinin muavini olub.

13 .1.1994-cü ildə Fizuli rayon Qorqan istiqamətində gedən ağır döüyşlərdə bogaz nahiyəsindən və qolundan ağır yaralanıb.

Cəbhənin Cəbrayıl, Füzuli, Ağdam istiqamətlərində müxtəlif tarixlərdə bütün ağır döyüşlərdə iştirak edib.  18.05.1994- cü ildə Müdafiə Nazirliyinin müvafiq qərarına əsasən xidmətdən azad edilib".

"