Qırmızı bazar yolu tamamilə Azərbaycana verilir

Qırmızı bazar yolu tamamilə Azərbaycana verilir

"Ermənistan ordusu Qırmızı Bazar yolundan çəkilir, yol Azərbaycana verilir"

Bu barədə "politik.am" məlumat yayıb. Bildirilib ki, separatçıların başçısı Arayik Harutyunyan erməni hərbçilərinin Qırmızı Bazar yolundan çıxarılması barədə göstəriş verib. Hazırda bu istiqamətdə işlər aparılır. Ancaq, separatçıların "rəsmi" nümayəndəsi Lusine Avanesyan məlumatı təkzib edib. Onun sözlərinə görə, yola nəzarət Ermənistan tərəfində qalacaq.

Qeyd edək ki, Azərbaycan ordusunun Şuşada dislokasiya olunmuş bölmələrinin təminatı bir çox hallarda Qırmızı Bazar-Xankəndi yolu ilə, Rusiya hərbi polisinin müşaiyəti altında həyata keçirilir. Vaxtaşırı olaraq bu qəsəbədən Azərbaycan ordusunun hərbi kalonları hərəkət edir. Qəsəbə ermənilərin nəzarətində olsa da Azərbaycan ordusu Qırmızı Bazarın 700-800 metrliyində mövqe tutub.