Şəhid baş çavuşun ilk övladı dünyaya gəlib

Şəhid baş çavuşun ilk övladı dünyaya gəlib

Daxili Qoşunların şəhid baş çavuşunun ilk övladı dünyaya gəlib

Cəlilabad rayonunda Şəhid Fərid Hüseynovun ilk övladı dünyaya göz açıb. 

Körpəyə atasının vəsiyyətinə uyğun olaraq Əbəlfəz adı qoyulub.

Qeyd edək ki, DİN-in Daxili Qoşunlarının baş çavuşu olan Fərid Fətəli oğlu Hüseynov 1994-cü ildə Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olub. O, ötən il noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabrın 11-də Bəcirəvan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid Fərid Hüseynov

F.Hüseynov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.