Şəhid Fəxrəddin Fərəcovun övladı dünyaya gəlib

Şəhid Fəxrəddin Fərəcovun övladı dünyaya gəlib

 İkinci Qarabağ müharibəsində qəhrəmancaına Şəhadətə yüksələn hərbiçimiz MAXE (Müddətdən artıq həqiqi hərbi xidmət ) Fəxrəddin Fərəcovun övladı dünyaya gəlib 

Quba Perinatal Mərkəzdə dünyaya göz açan körpə bu gün evə buraxılıb. Mərkəzdən verilən məlumata görə, Şəhidin həyat yoldaşının və körpənin vəziyyəti normaldır. Şəhidmizin Ülvi adlı bir yaşlı oğlu var. İkinci oğluna atasının adı verilib Fəxrəddin Fərəcov. 

Qeyd edək ki, F.Fərəcov Cəbrayıl, Füzuli, Hadrut və Xocavəndin azad olunması uğrunda döyüşüb. O oktyabr ayının 23-də Xocavənd istiqamətində gedən döyüşlərdə Şəhid olub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan kiçik çavuş F.Fərəcov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.