Şəhidin dəfn mərasimində 20 nəfər saxlandı

Şəhidin dəfn mərasimində 20 nəfər saxlandı

İkinci Qarabağ müharibəsində yaralanan qazimiz Hüseyn Rasim oğlu Xəlilov 25 aprel gecə saatlarında müalicə aldığı Mərkəzi Hərbi Hospitalda Şəhid olub. 

Müharibənin ilk günündən döyüşlərə qatılan Şəhidimiz noyabrın 8-də Şuşada yaralanıb. O, 6 ay komada qaldı. Valideyinləri bu günlərdə idmançı Kamil Zeynallının vasitəsilə ölkə başçısına və Birinci Vitse Prezidentə övladlarının müalicəsi ilə bağlı müraciət etmişdilər. Valideyinləri 19 yaşlı qazimizin müalicəsindən narazı idi.  

Vetenugrunda.az-a verilən xəbərə görə bu gün səhər Şəhidmizin nəşi anadan olduğu Nardaran qəsəbəsinə gətirilib. Şəhidimizin dəfn mərasimində iştirak etmək istəyən vətəndaşlara polis mane olub. Bu isə polislə dəfn mərasiminə gələn vətəndaşlar arasında qarşıdurmaya səbəb olub. İnsident zamanı 20-dən artıq qəsəbə sakini saxlanıb. Saxlanılanları Sabunçu rayonu, 42-ci polis bölməsinə aparıblar. Şəhid Hüseyn Xəlilovun dəfnindən sonra onun atası Rasim Xəlilov bölmənin qarşısına gedərək saxlanılanların buraxılmasını tələb edib. Saxlananların hamısı sərbəst buraxılıb. Bu barədə DİN məlumat verib.