Əsgər Tural Həsənov minaya düşərək Şəhid olub

Əsgər Tural Həsənov minaya düşərək Şəhid olub

Bu gün daha bir əsgərimizin itkisi haqqında acı xəbər aldıq.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, əsgər Həsənov Tural Rauf oğlu Xocavənd rayonunda minaya düşərək Şəhid olub.

Şəhidimiz 1977-ci ildə Laçın Rayonu Mişni kəndində anadan olub. O, bir neçə gün öncə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdi. Tural Həsənov ordudan təxris edilib və bu gün evə dönəcəkmiş. Ruhu şad olsun!