Əsgərlərimiz Zori Balayanın oğluna belə dərs keçdi

Əsgərlərimiz Zori Balayanın oğluna belə dərs keçdi

Xocalı soyqırıında və Azərbaycanın Birinci Qarabağ savaşında işğal edilmiş digər ərazilərində əsir götürülmüş həmvətənlərimzə qarşı insanlğıa sığmayan vəhşiliklər etmiş erməni qatili Zori Balayanın oğlu Hayk Balayan İkinci Qarabağ Savaşında gördüklərindən dəhşətə gəlib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, cərrah Hayk Balayan savaşda silahlı qismində iştirak edib. O, eyni zamanda erməni yaralılarına da tibbi yardım göstərib. Lakin qatilin işğalçı oğlu Azərbaycan ordusunun göstərdiyi şücaətdən dəhşətə gəlib, canına qorxu düşüb: "Bu, tamam başqa müharibə idi. Bu, nə 90-cı illərin əvvəlində, nə də 2016-cı ildəkinə bənzəyirdi. Yəqin ki, döyüşlər intensivliyi və rəqibin üstünlüyü ilə fərqlənirdi.

Onların artilleriyası saatlarla bizim mövqeləri vura bilirdi.

Şimalda elə idi ki, bizim post dayanmadan səkkiz-doqquz saat artilleriya atəşinə tutulurdu. Silahlar müxtəlif çaplı idi. 60 millimetrlik minaatan vurarkən tanrıya şükür edirdik. "Qrad"lar yaxınlığı vururdu. Hələ təyyarə və pilotsuz uçan aparatları demirəm. Bəzi hallarda düşmən postumuza hücum edirdi, yaxın döyüş yaşanırdı... Bəzən elə olurdu ki, eyni postu bütün növ artilleriyadan 9 saat ard-arda atəşə tuturdular".