Sonuncu düşmən əsgərini öldürəndən sonra Şəhid oldu...

Sonuncu düşmən əsgərini öldürəndən sonra Şəhid oldu...

5 sentyabr Şəhid Ravil Novruzovun doğum günüdür.

Vetenugrunda.az oxucularına Şəhidimizi xatırladacaq.

Ravil Elman oğlu Novruzov 1986-cı il sentyabrın 5-də Xızı rayonunun Giləzi kəndində doğulub. Ravil kasıb ailədə böyüyüb. Evin ikincisi olub. Uşaqlıqdan zəhmətkeş olub. Zəhmətsevərliyi, vətənpərvərliyi hərbi xidməti dövründə də özünü göstərib.

Ölkəmizin Silahlı Qüvvələrinin Səmti Müəyyən etmə birinciliyi yarışları Səmti Müəyyən etmə yarışları dağ, meşə, düzənlik, oyalıq və başqa təbii coğrafi relyeflərdə keçirilir. Yarış iştirakçıları həmin ərazilərdə kiçik miqyaslı xəritənin və kompasın köməyi ilə məntəqələri ardıcıllıqla tapmalıdır. Bu yarışın əsas cəhəti odur ki, hərbi qulluqçular ilk növbədə xəritdən və kompasdan istifadə etməyi yaxşı bilməli və yüksək fiziki hazırlığa malik olmalıdırlar. Yarışlarda ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən idmançılar fərdi, qrup və iki-iki patrul hərəkəti üzrə birincilik uğrunda mübarizə aparırlar. Ravil Novruzov da bu yarışların ən bacarıqlı və güclü iştirakçılarından olar və birinici, ikinci yerləri qazanırdı.

Silahlı Qüvvələrimizin giziri 2016-cı ildə aprel döyüşləri zamanı (aprelin 2-nə keçən gecə) cəbhədə gedən döyüşlərdə təkbaşına düşmən postunu alan qəhrəmanımız Şəhadət zirvəsinə ucaldı. 

Aprel döyüşlərinin iştirakçısı baş leytenant Şahgəldiyev Ağasəmi o günü belə xatırlayır: "Orada bir post var idi ki, oranı Birinci Qarabağ müharibəsi vaxtı bir tabor ala bilməmişdi. O postu tək Ravil Novruzov aldı. Elə bir döyüş görməmişdim. Kinolarda belə elə bir səhnə yoxdur. Ravil girdi düşmən səngərinə 4 nəfər də arxası ilə. Erməniləri vura-vura axıra kimi çıxdı. Qışqıra-qışqıra Şəhid olacam deyirdi, bir-bir düşmənləri öldürürdü. Kənardan baxanda adam vahimələnirdi. Tüklərim biz-biz olmuşdu. Ravil sonuncu düşmən əsgərini öldürəndən sonra Şəhid oldu. Ravilin aldığı posta Kapitan Orucov Mühit, Mirzəyev Murad gəldi. Postu saxlamaq istəyirdilər, kapitan Orucovun bütün qrupu orada şəhid oldu. Onlar axıra kimi tanka qarşı vuruşdular. Postu düşmənə vermədilər. Hazırda o post bizdədir".