Soyuqbulağın qəhrəman oğlu -Şəhid Müşfiq İsmayılov 

Soyuqbulağın qəhrəman oğlu -Şəhid Müşfiq İsmayılov 

Bu gün Qarabağ Şəhidi Müşfiq İsmayılovun mübarək mövlud günüdür.

Vetenugrunda.az oxucularına Şəhidimizi xatırladacaq.

Müşfiq İsmayılov 20 avqust 1968-ci ildə Gədəbəy rayonunun Soyuqbulaq kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi 1986-ci ildə bitirdikdən sonra polis işçisi kimi daxili işlər orqanlarında çalışmağa başlayıb.

1991-cı ildə könüllü olaraq torpaqlarımızın müdafiəsinə qoşulub.

Döyüş yoluna Füzuli rayonunundan başlayıb, daha sonra Ağdərə istiqamətində gedən qızğın döyüşlərdə iştirak edib. 1992-ci il 2 avqust tarixində Ağdərə istiqamətində düşmənlə qeyri bərabər döyüş şəraitində Müşfiq İsmayılov qəhrəmancasına Şəhid olub. 

Şəhidlər Xiyabanında dəfn edilib.

Subay idi.