Sülhməramlılar Şuşaya tikinti materialları aparan yük maşınlarını müşayiət edib - VİDEO 

"Azərbaycan tərəfinin istəyi nəzərə alınaraq Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Azərbaycan Respublikasının iki nəqliyyat vasitəsi karvanının Dağlıq Qarabağ ərazisindən keçməsinin təhlükəsizliyini təmin etdilər".

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında bildirilib. Məlumatda Şuşada infrastrukturunun bərpası üçün 60-dan çox yük maşının tikinti materialları apardığı qeyd olunub.