Şuşada avtomobil qəzasında yaralanan hərbçimiz Şəhid oldu

Previous Next

Şuşa istiqamətində avtomobil qəzasında ağır xəsarət alan hərbiçimiz Şəhid olub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Xudat rayon sakini olan hərbiçimiz, 1998-ci il təvəllüdlü Məmmədov Kamil Şamil oğlu yanvarın 27-də müalicə aldığı hospitalda dünyasını dəyişib. 

Qeyd edək ki,yanvarın 15-də Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya uğrayıb. Hadisə nəticəsində Beyləqan rayonu Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu Şəhid olmuşdu, iki hərbçimiz isə yaralanmışdı. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Şəhid olan hərbçi Həsən Yaqubov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdi.

.