Şuşanın baş planını İngiltərənin şirkəti hazırlayacaq -4 milyona

Şuşanın baş planını İngiltərənin şirkəti hazırlayacaq -4 milyona

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən Şuşa şəhərinin baş planının hazırlanması işlərilə bağlı keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tender müsabiqəsinin qalibi Böyük Britaniyanın "Chapman Taylor" şirkəti olub.

Şuşa şəhərinin baş planının hazırlanması üçün "Chapman Taylor" şirkətinə 3 milyon 941 min manat ödəniləcək. Şuşa şəhərinin baş planının hazırlanması işləri 21.05.2021-ci il tarixində başlayıb 21.07.2022-ci il tarixində başa çatacaq. Məlumat üçün bildirək ki, "Chapman Taylor" 1959-cu ildə İngiltərədə qurulub. Avropa, Asiya və Yaxın Şərqdə memarlıq və dizayn sahəsində bir çox layihələrə imza atıb. Şirkətin ilk layihəsi London Polis İdarəsi ("New Scotland Yard") olub.
Bu şirkət 2007-ci ildə, "Paşa İnşaat" şirkətinin sifarişi əsasın Dənizkənarı Bulvarda yerləşən "Dəniz Mall" ticarət mərkəzini, daha sonra "Port Baku Tover" adlı iş mərkəzi, "Gənclik Mall" adlı ticarət və əyləncə mərkəzini layihələndirib.