Şuşanın işğalının 28 yaşı tamam oldu

Şuşanın işğalının 28 yaşı tamam oldu

 Şuşanın 28 illik həsrəti 

Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin işğalından 28 il keçir.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, xalqımızın qədim, zəngin tarixini, mədəniyyətini günümüzə daşıyan bu şəhərin uğrunda minlərlə insanımız Şəhid olub.

Şuşanın işğalı nəticəsində 500-ə yaxın sivil insan öz doğma yurdunda, ev eşiyində qətlə yetirilib. 1000-ə yaxın insan bu ağır döyüşlərdə yaralanıb, 22 min nəfər yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.

Şuşanın işğalı nəticəsində qədim şəhərdəki tarixi abidələri vəhşi ermənilər darmadağın edib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.